LİSENZİYALAŞDIRMA

LİSENZİYALAŞDIRMA

Azərbaycanda səmərəli lisenziyalaşdırma sistemi tətbiq olunur. Azərbaycan qanunvericiliyinə görə lisenziya ölkədə sahibkarklıq fəaliyyətinin müxtəlif növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir. Ölkədə lisenziya alınması tələb olunan 37 sahibkarlıq fəaliyyəti mövcuddur. Lisenziya müvafiq tələblərə cavab verən bütün şirkətlərə hər hansı ayrı-seçkilik olmadan verilir. Belə ki, əcnəbi investorlar da Azərbaycan vətəndaşları üçün müəyyənləşdirilmiş eyni şərtlər və prosedurlar əsasında lisenziya ala bilərlər. 25 növ lisenziyanın rəsmiləşdirilməsi “bir pəncərə” prinsipi əsasında ASAN Xidmət mərkəzlərində və elektron hökumət portalı vasitəsilə həyata keçirilir. 2015-ci ildən etibarən lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği iki dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilmişdir. Lisenziya sahibi onu digər şəxsə ötürə bilməz. Lisenziya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və lisenziyaların vahid qeydiyyatının aparılması İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Ətraflı məlumat üçün bura daxil olun.

 

Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” 15 mart 2016-cı il tarixli qanunu icazə sisteminin tənzimlənməsini müəyyən edir. Qanuna görə icazə müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəddir (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya, müqavilə və s.). İcazə alınması tələb olunan 86 kommersiya fəaliyyəti mövcuddur. Ətraflı məlumat üçün bura daxil olun.