Kənd təsərrüfatı

Kənd təsərrüfatı

Qida sənayesi

Qida sənayesi

Turizm

Turizm

İnformasiya texnologiyaları

İnformasiya texnologiyaları

Kimyəvi maddələr

Kimyəvi maddələr

Mexaniki avadanlıqlar

Mexaniki avadanlıqlar

SECTORAL_OPPORTUNITIES_content

Beynəlxalq praktikaya əsaslanan mütərəqqi gömrük sistemi və nəticə etibarilə ticarətin asanlaşdırılması ixracın və idxalın şaxələndirilməsinin təşviqində önəmli rol oynayır. Bütün bunlar, hökumət tərəfindən yerli istehsalata və qeyri-neft ixracına dəstək olaraq tətbiq edilən müxtəlif stimullaşdırıcı mexanimzlərlə birlikdə (onlayn ixrac portallarının təqdim edilməsi, ixrac subsidiyaları, sənaye və aqroparkların yaradılması), son illər ərzində əsasən kənd təsərrüfatını, kimya və metallurgiya sənayesini təşviq etmişdir. 2018-ci ildə ölkənin qeyri-neft ixracı 10% artmışdır. Qeyri-neft məhsullarının ixracının təşviqi və stimullaşdırılması proqramı çərçivəsində sahibkarlara 15 milyon AZN məbləğində ixrac təşviqləri ödənilmişdir. Kənd təsərrüfatına verilən subsidiyalar və güzəştli kreditlərin məbləği isə 370 milyon AZN-ə bərabər olmuşdur.