ÜMUMİ
|
BİZNESƏ
|
MÜLKİYYƏTİN
|
VERGİLƏRİN
|
İNVESTORLARIN
|
KREDİTİN
|
Son dövrlərdə Hökumətin islahatlar gündəliyinin əsasında institusional çərçivənin təkmilləşdirilməsi, təhsil sisteminin müasirləşdirilməsi və sosial xidmətlərin gücləndirilməsi ilə yanaşı, vergi, miqrasiya və gömrük bazasının daha da yaxşılaşdırılması durur.
Ölkə Kiçik investorların hüquqlarının qorunması (2-ci yer), Biznesə başlama (9-cu yer), Əmlakın qeydiyyata alınması (17-ci yer), Vergilərin ödənilməsi (28-ci yer) və Kreditin əldə edilməsi (22-ci yer) göstəriciləri üzrə nəzərəçarpacaq irəliləyiş əldə etmişdir. Eləcə də, Tikintiyə icazələrin verilməsi (61-ci yer) və Elektrik enerjisinin əldə edilməsi (74-cü yer) göstəriciləri üzrə müəyyən irəliləyiş müşahidə olunmuşdur.