UĞUR TARİXÇƏLƏRİ

UĞUR TARİXÇƏLƏRİ

Azərbaycan bu gün xarici sərmayələrin qoyuluşu üçün əlverişli imkanlar təqdim edir. Ölkədə nəinki neft, həmçinin qeyri-neft sektoruna da investorlar tərəfindən böyük maraq var. ABŞ, İngiltərə, Türkiyə, Norveç, Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı kimi dövlətlər Azərbaycana ən çox xarici sərmayə gətirən ölkələrdir. Bu gün Azərbaycanda bir çox xarici şirkət uğurlu fəaliyyət göstərir və davamlı layihələr həyata keçirirlər. Ölkədə fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə aparılan müsahibələr də bu şirkətlərin yaxın gələcəkdə Azərbaycanda iqtisadi perspektivlərinin sabit olacağını deməyə əsas verir.