Turizm & vizası

 

Turizm vizası Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

 

Turizm vizası əsasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.

İşgüzar & viza

 

İşgüzar səfər vizası Azərbaycan Respublikasında işgüzar əlaqələr və ya əməkdaşlıq qurmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin vəsatəti əsasında və ya Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

İşgüzar səfər vizasında ölkədə qalma müddəti 180 günədək müəyyən edilir.

Əmək & vizası

 

Əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan və bunun üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin işəgötürən tərəf qismində vəsatəti əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

Əmək vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

Elm və ya təhsil vizası

 

Elm və ya təhsil vizası bu sahədə Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət orqanlarının, elmi-tədqiqat institutlarının, dövlət qeydiyyatından keçmiş təhsil müəssisələrinin vəsatəti əsasında elmi fəaliyyətlə məşğul olmağa, müvafiq konfrans, seminar və digər elmi tədbirlərdə iştirak etməyə, təhsil müəssisələrinə qəbul olunaraq təhsil almağa və ya ixtisas artırmağa gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

 

Elm və ya təhsil vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

Müalicə & vizası

 

Müalicə vizası Azərbaycan Respublikasındakı tibb müəssisələrinin qəbul edən tərəf qismində vəsatəti əsasında Azərbaycan Respublikasında müayinə və müalicə olunmağa gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

Müalicə vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

Şəxsi səfər & vizası

 

Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) vəsatəti əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

 

Şəxsi səfər vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

Humanitar & viza

 

Humanitar səfər vizası Azərbaycan Respublikasında humanitar niyyətli fəaliyyət ilə məşğul olmaq, humanitar tədbirlər keçirmək və ya belə tədbirlərdə iştirak etmək üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qəbul edən tərəf qismində vəsatəti əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

 

Humanitar səfər vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

Mədəniyyət və idman vizası

 

Mədəniyyət və idman vizası Azərbaycan Respublikasında keçirilən mədəniyyət və idman tədbirlərində iştirak etmək üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qəbul edən tərəf qismində vəsatəti əsasında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

 

Mədəniyyət və idman vizasında ölkədə qalma müddəti 60 günədək müəyyən edilir.