Haqqımızda

Bu veb-sayt Azərbaycan Respublikasına səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvafiq dövlət qurumları tərəfindən göstərilən xidmətlər, o cümlədən ölkənin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm məkanları barədə məlumatlandırılmaları, eləcə də Azərbaycanın turizm və investisiya potensialının təşviq edilməsi məqsədi daşıyır.

Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən veb-sayt Azərbaycana səfər etmək istəyən əcnəbilərin rahatlığının təmin olunması məqsədilə ölkənin miqrasiya qanunvericiliyi, biznes mühiti və turizm imkanları ilə bağlı zəruri məlumatları sadə formada istifadəçilərə təqdim edir.

Veb-sayt Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın Həyata Keçirilməsinə Dəstək (MOBİLAZE)” layihəsi çərçivəsində hazırlanmışdır.