Sual-Cavab

Yetkinlik yaşına çatmış şəxslər üçün

15 (on beş) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək

40 manat

6 ayadək

80 manat

1 ilədək

160 manat

1 il 6 ayadək

240 manat

2 ilədək

320 manat

2 il 6 ayadək

400 manat

3 ilədək

480 manat

20 (iyirmi) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək

30 manat

6 ayadək

60 manat

1 ilədək

120 manat

1 il 6 ayadək

180 manat

2 ilədək

240 manat

2 il 6 ayadək

300 manat

3 ilədək

360 manat

Azyaşlılar üçün

15 (on beş) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək

25 manat

6 ayadək

50 manat

1 ilədək

100 manat

1 il 6 ayadək

150 manat

2 ilədək

200 manat

2 il 6 ayadək

250 manat

3 ilədək

300 manat

20 (iyirmi) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək

15 manat

6 ayadək

30 manat

1 ilədək

60 manat

1 il 6 ayadək

90 manat

2 ilədək

120 manat

2 il 6 ayadək

150 manat

3 ilədək

180 manat

Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində
əyani formada təhsil alan şəxslər üçün

15 (on beş) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

1 ilədək

60 manat

2 ilədək (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda)

120 manat

20 (iyirmi) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

1 ilədək

40 manat

2 ilədək (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda)

80 manat

 

İtirilmiş müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin yenidən verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənilir.

 

Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.

Digər hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.

Sən Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə ala bilərsən, əgər:

● Azərbaycan vətəndaşının yaxın qohumusansa;
● Azərbaycanın iqtisadiyyatına azı 500.000 manat investisiya qoymusansa;
● Azərbaycanda azı 100.000 manat dəyərində daşınmaz əmlakın varsa;
●Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoymusansa;
● İqtisadiyyat, sənaye,  hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssissənsə;
● Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün dəvət edilmiş mütəxəssissənsə;
● Azərbaycanda müvəqqəti/daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvüsənsə;
● Xarici hüquqi şəxsin Azərbaycandakı filial və ya nümayəndəliyinin rəhbəri və ya onun müavini vəzifəsindəsənsə;
● Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və ya onun müavini vəzifəsindəsənsə;
● Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğulsansa;
● İnsan alverindən zərər çəkmiş şəxs hesab olunursansa;
● Cinayət təqibi orqanlarına yardım göstərirsənsə;
● Müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb olunmusansa;
● Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçu və mütəxəssissənsə;
● Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşısansa;
● Dənizçisənsə;
● Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim və mühazirəçisənsə;
● İncəsənət işçisi, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçi və idmançısansa;
● Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxssənsə.
● Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almısansa;
● Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, eləcə də texniki və ya ümumtəhsil müəssisələrində təhsil alırsansa;
● Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğulsansa;
● Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsasların mövcuddursa.

Aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur:

-     Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;

-     Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;

-     diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;

-     beynəlxalq təşkilatlarda işləyənlərə;

-     beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;

-     müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;

-    Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;

-     kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;

-   Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara (Mədənçıxarma sənayesi; Emal sənayesi; Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat; İnformasiya və rabitə; Maliyyə və sığorta; Təhsil; Nəqliyyat; Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi);

-     müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə;

-     dənizçilərə;

-     ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;

-    incəsənət işçilərinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;

-   dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;

-     Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə;

-   Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;

-      qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;

-      himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olanlara;

-     Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə;
-     Azərbaycan Respublikasında təsis edilmiş və təsisçi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
-     İnsan alverindən zərər çəkmiş hesab edilən şəxslər;
-     Cinayət təqibi orqanlarına yardım göstərən şəxslər.

Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün

iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə

dövlət rüsumunun məbləği

On iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək

700 manat

6 ayadək

900 manat

1 ilədək

1400 manat

On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək

500 manat

6 ayadək

700 manat

1 ilədək

1200 manat

İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək

350 manat

6 ayadək

600 manat

1 ilədək

1000 manat

18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər.

Yetkinlik yaşına çatmış şəxslər üçün

35 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

450 manat

40 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

400 manat

50 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

350 manat

60 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

300 manat

Azyaşlılar üçün

35 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

300 manat

40 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

250 manat

50 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

200 manat

60 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

150 manat

İtirilmiş daimi yaşamaq üçün icazə vəsiqəsinin yenidən verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənilir.

 

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən aşağıda qeyd olunmuş mövzulara dair əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bilikləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır:

● Azərbaycan Respublikasının dövlət dili;
● Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  Azərbaycan Respublikasına gələ, Azərbaycan Respublikasında qala və Azərbaycan Respublikasından gedə bilmələri üçün əməl etməli olduqları qaydalar;
● Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verildiyi hallar;
● Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin  74-cü, 75-ci, 76-cı maddələrində nəzərdə tutulmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri;
● Azərbaycan Respublikasının müasir  tarixi və mədəniyyəti.

Sən Azərbaycanda daimi yaşamaq üçün icazə ala bilərsən, əgər:
● Azərbaycan vətəndaşının yaxın qohumusansa;
● Azərbaycanın iqtisadiyyatına azı 500.000 manat investisiya qoymusansa;
● Azərbaycanda azı 100.000 manat dəyərində daşınmaz əmlakın və ya Azərbaycan banklarında həmin məbləğdə pul vəsaitin varsa;
● İqtisadiyyat, sənaye,  hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssissənsə;
● Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün dəvət edilmiş mütəxəssissənsə;
● Azərbaycanda müvəqqəti/daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvüsənsə;
● Xarici hüquqi şəxsin Azərbaycandakı filial və ya nümayəndəliyinin rəhbəri və ya onun müavini vəzifəsindəsənsə;
● Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və ya onun müavini vəzifəsindəsənsə;
● Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğulsansa.

Yetkinlik yaşına çatmış şəxslər üçün

Bir iş günü müddətində verildikdə

30 günədək

50 manat

60 günədək

100 manat

Üç iş günü müddətində verildikdə

30 günədək

30 manat

60 günədək

60 manat

Azyaşlılar üçün

Bir iş günü müddətində verildikdə

30 günədək

30 manat

60 günədək

60 manat

Üç iş günü müddətində verildikdə

30 günədək

15 manat

60 günədək

30 manat

İtirilmiş müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənilir.

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır:

-  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;

- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;

- xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;

- tranzit keçid zamanı nəqliyyatın hərəkətinə maneə olan təbii fəlakət baş verdikdə;

- tranzit keçid zamanı avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yol-nəqliyyat  hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə);

- tranzit keçid zamanı Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair həkimin rəyi olmalıdır).

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatları ilə bağlı heç bir dövlət rüsumu tələb olunmur.

- Viza əsasında gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər - vizada göstərilən qalma müddətinə;

- Viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər - 90 gün qala bilərlər.

Azərbaycan Respublikası ərazisində 15 gündən artıq qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olduğu vaxtdan 15 gün ərzində, elektron qaydada (Xidmətin rəsmi internet səhifəsinin - www.migration.gov.az – “Elektron xidmət” pəncərisində yerləşdirilmiş “olduğu yer üzrə qeydiyyata alınma” bölməsinə daxil olmaqla, qeydiyyat@migration.gov.az elektron ünvan vasitəsilə), MigAz mobil tətbiqi vasitəsilə və ya regional miqrasiya idarələrinə, həmçinin "ASAN xidmət" mərkəzlərinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər.

1.  Müvəqqəti olma müddətinin uzadılması üçün

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçid zamanı məcburi dayanma halları istisna olmaqla) müraciət edilməlidir.

2.  Müvəqqəti yaşamaq icazəsi üçün

Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama  müddətinin bitməsinə azı 30 gün qalmış müraciət edilməlidir.

3.  Daimi yaşamaq icazəsi üçün

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış müraciət edilməlidir.

4.   İş icazəsi üçün

İşəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış müraciət etməlidir.