Bu festival Göyçay rayonunda nar yığımı zamanı, əsasən noyabr ayında təşkil olunur.
Bu festival Göyçay rayonunda nar yığımı zamanı, əsasən noyabr ayında təşkil olunur. "Nar bayramı" adını alan festival 2006-cı ildən keçirilir. Festivalda Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir.
BEYNƏLXALQ "JARA" MUSİQİ FESTİVALI
Beynəlxalq «JARA» Musiqi Festivalı hər yay Bakıda Xəzər dənizi sahilində keçirilir.
Beynəlxalq «JARA» Musiqi Festivalı hər yay Bakıda Xəzər dənizi sahilində keçirilir. "JARA" 4 gün davam edən günəşin batışı unikal rənglərinə boyanmış möhtəşəm konsert, qırmızı xalıda ulduzların dəfiləsi, dörd gün unudulmaz gecə əyləncələri və film təqdimatları, on minlərlə tamaşaçı və milyonlarla televiziya tamaşaçısıdır. Hər il keçiriliən festivalda 90-dan şou biznes nümayəndəsi çıxış edir.
QƏBƏLƏ MÜRƏBBƏ FESTİVALI
Adətən yay aylarında təşkil olunan festivala 25 ölkədən komandalar
Adətən yay aylarında təşkil olunan festivala 25 ölkədən komandalar, eləcə də ölkəmizdən 35-ə yaxın mürəbbə istehsal edən müəssisəsi qatılır. Festivalda şirniyyatçılar tərəfindən fərqli mürəbbə çeşidləri hazırlanıb, rayona səfər edən yerli və xarici qonaqlar üçün nümayiş etdirilir.
NOVRUZ BAYRAMI
Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının
Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının qədim zamanlardan gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri vardır. İbtidai dövrə məxsus ilkin dünyaduyumu və arxaik mifoloji inanclardan qaynaqlanan yazı- yeni günü qarşılama mərasimi yüzillikləri əhatə edən tarixi təkamül prosesi nəticəsində zəngin mədəni-mənəvi keyfiyyətlər qazanaraq geniş miqyasa malik xalq bayramına – Novruza çevrilmişdir. Novruz təkcə bir neçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim müddətini və “Su”, “Od”, “Yel”, “Torpaq” çərşənbələrini öz ətrafında cəmləşdirən irimiqyaslı mərasim toplusudur. Novruz bayramı UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmişdir. Hər il Qız Qalasının ətrafından başlayaraq Dənizkənarı Bulvar boyu davam edən bayram tədbirində respublikamızın bütün bölgələri milli adət-ənənələri, mətbəx nümunələri, kənd təsərrüfatı məhsulları, əl işləri ilə təmsil olunurlar. Böyük mənəvi gücə malik olan Novruz bayramı Azərbaycan xalqının milli ruhunu və yaddaşını yaşadır. Bu bayram ən qədim zamanlardan Azərbaycan xalqının həyatına daxil olmuş, insanlara gələcəyə inam duyğusu bəxş etmişdir. Azərbaycanın milli bayramı olan ulu Novruz bir çox türkdilli dövlətlərdə, habelə TÜRKSOY, UNESCO və İSESCO-da qeyd olunur.
BAKI MARAFONU
Marafon qaçışı 42 kilometr 195 metr məsafədə qaçışı nəzərdə tutan
Marafon qaçışı 42 kilometr 195 metr məsafədə qaçışı nəzərdə tutan yüngül atletika növüdür. 2016-cı ildə Bakı Marafonunun həyata keçirilməsi təşəbbüsü Heydər Əliyev Fondu tərəfindən irəli sürülmüşdür. Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir. Artıq ənənə halını almış Bakı Marafonu hər il aprel-may aylarında təşkil olunur. Marafondan toplanılan vəsait xeyriyyə məqsədlərinə sərf olunur.
QUBA ALMA BAYRAMI
Quba şəhərində oktyabr ayında təşkil olunan bayramdır.
Quba şəhərində oktyabr ayında təşkil olunan bayramdır. Tədbir çərçivəsində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilir.