Müvəqqəti olma

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) bu müddətin uzadılması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında 60 günədək uzadıla bilər.

Viza əldə et

Azərbaycana səfər et


Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Şəxs olduğu yeri dəyişdikdə, yeni ünvana gəldiyi vaxtdan 5 iş günü ərzində qeydiyyatdan keçməlidir. Əks təqdirdə onlara inzibati cərimə tətbiq ediləcəkdir.

Olduğun yer üzrə qeydiyyata düş

Müvəqqəti olma müddətinin uzadılmasının mümkünlüyünü yoxla

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır:
● Təcili müalicə olunmasına zərurət yarandıqda;
● Azərbaycanda yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
● Xidməti zərurətlə əlaqədar onlar tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;
● Tranzit keçid zamanı əcnəbi Azərbaycanın ərazisində məcburi dayandıqda;
Atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda.

Zəruri sənədləri topla


Ərizə-anket;
• Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
• doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
• müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
• 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
• Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi;
• Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
• Yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
• Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Müraciət et

Rüsumu ödə

Yetkinlik yaşına çatmış şəxslər üçün

Bir iş günü müddətində verildikdə

30 günədək

50 manat

60 günədək

100 manat

Üç iş günü müddətində verildikdə

30 günədək

30 manat

60 günədək

60 manat

Azyaşlılar üçün

Bir iş günü müddətində verildikdə

30 günədək

30 manat

60 günədək

60 manat

Üç iş günü müddətində verildikdə

30 günədək

15 manat

60 günədək

30 manat

İtirilmiş müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənilir.