İnvestisiya
Təşviqi
Sənədi
Təsdiqedici sənəd
Sənaye
parklarında
fəaliyyət
Sənaye
məhəllələrində
fəaliyyət
İnvestorları 7 il müddətinə mənfəət vergisinin 50 faizindən, əmlak vergisindən, torpaq vergisindən azad edir.
Bu sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı 7 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad edilir.
Rezidentlər 7 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən, idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad edilir.
Rezidentlər üçün zəruri infrastruktur yaradılıb.
• Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş;
• Dövlət rüsumunun məbləği 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış;
• Lisenziyaların verilmə müddəti 15 gündən 10 iş gününə endirilmiş;
• Lisenziyalar ASAN Xidmət mərkəzlərində əldə oluna bilər;
• Lisenziyalar və icazələr üzrə portal yaradılmış, portal vasitəsilə müraciətlərin qəbulu, aidiyyəti qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi həyata keçirilir.
Ətraflı məlumat üçün bura daxil olun.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi üçün “vahid məlumat reyestri” yaradılmış və Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla yoxlamalar 01.11.2015-ci il tarixdən 01.01.2021-ci il tarixinədək dayandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 2016-cı ildə İpoteka və Kredit Zəmanət Fondu qeyri-kommersiya hüquqi şəxs formasında yaradılmışdır.
Fond Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir. Ətraflı məlumat üçün bura daxil olun.
Sahibkarlığın İnkişafı Fondu
Dövlət başçısının 31 iyul 2018-ci il tarixli Fərmanı ilə yaradılmış və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilmişdir. Yeni Qaydaya əsasən Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilmiş, orta həcmli kreditlərin hədləri 50 001 manatdan 1 000 000 manatadək artırılmışdır. Ətraflı məlumat üçün bura daxil olun.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə bu sahədə qaydalar təsdiq edilmiş və İnvestisiya təşviqi sənədi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda nəzərdə tutulmuş güzəştlər əldə edilir. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli 1713 nömrəli Sərəncamında kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ödənilmə mexanizmlərinin yaradılması və ixrac yönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur.
Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə artıq 3 ölkədə - Belarus, Latviya və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ətraflı məlumat üçün bura daxil olun.
25 dekabr 2018-ci ildən sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması ilə əlaqədar texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, habelə fiziki qoşulmanın həyata keçirilməsi məqsədilə müraciətlərin qəbulu kiçik və orta biznes evlərində (KOB evlərində) və “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda isə “ASAN xidmət” mərkəzlərində) həyata keçirilir. Ətraflı məlumat üçün bura daxil olun.
28 dekabr 2018-ci ildə sahibkarların ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi, tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsinin sadələşdirilmiş qaydaları təsdiq edilmişdir. Bununla yanaşı, tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi yaradılmışdır. Belə ki, fiziki və hüquqi şəxslərin ekspertiza tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi məqsədilə etdikləri müraciətlərinə müvafiq olaraq 15 iş günü və 10 gün müddətində cavab verilir.
Ətraflı məlumat üçün bura daxil olun.
21 dekabr 2018-ci il tarixdə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Bu meyarlar işçilərin siyahı sayı və illik gəliri əsasında müəyyən olunur. Meyarlar sahibkarlığın tənzimlənməsi tədbirlərinin, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlərin həyata keçirilməsinə, həmin dəstək və güzəştlərin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradır.
Həmçinin ölkədə sahibkarlığın və iqtisadi inkişafın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün Vergi Məcəlləsində aşağıdakı istiqamətləri əhatə edən mühüm dəyişikliklər edilmişdir:
• özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması;
• vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmlərin satışına vergi güzəştinin tətbiq edilməsi;
• dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi çıxış edən şəxsə (investora) əmlak vergisi üzrə müddətli vergi güzəştinin verilməsi;
• sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizədək endirilməsi;
• mikro və kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə surətli amortizasiya normalarının tətbiq edilməsi;
• mikro sahibkarlıq subyekti olan şəxslərin gəlirlərinin (mənfəətinin) 75 faizinin gəlir (mənfəət) vergisindən azad edilməsi;
• pərakəndə ticarət və iaşə sahəsində nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi;
• KOB klaster şirkətinin mənfəətinin, əmlakının, torpağının 7 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən azad edilməsi;
• KOB klaster iştirakçısının mənfəətinin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsinin 7 il müddətinə gəlir və mənfəət vergisindən azad edilməsi;
• startapların 3 il müddətinə gəlir və mənfəət vergisindən azad edilməsi.
Ətraflı məlumat üçün bura daxil olun.
28 dekabr 2018-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalı yaradılmış, burada elektron satınalmaların təşkili nəzərdə tutulmuşdur. Dəyişikliyə əsasən satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulu tətbiq edilməklə elektron satınalma vasitəsilə keçirilir.
Ətraflı məlumat üçün bura daxil olun.
İdxal-ixrac əməliyyatlarında qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsini təmin etmək, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarını tətbiq etmək, gömrük nəzarətini daha çevik və şəffaf həyata keçirmək, eləcə də idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaqla beynəlxalq ticarəti asanlaşdırmaq məqsədilə 2019-cu il fevralın 1-dən “Yaşıl dəhliz” buraxılış sistemi tətbiqi edilir. Ətraflı məlumat üçün bura daxil olun.
Sənaye parkı ilə bağlı stimullaşdırıcı tədbirlər:
• vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər;
• sənaye parkının infrastrukturla təmin edilməsi;
• torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;
• güzəştli kreditlərin verilməsi;
• inzibati prosedurların sadələşdirilməsi;
• sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.
Sənaye məhəlləsi ilə bağlı stimullaşdırıcı tədbirlər:
• torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi;
• güzəştli kreditlərin verilməsi;
• inzibati prosedurların sadələşdirilməsi;
• sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.
Ətraflı məlumat üçün bura daxil olun.