Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Bunun üçün şəxs, müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış ASAN Xidmət mərkəzlərinə müraciət etməlidir.
Müvəqqəti yaşama icazəsi 1 ildən artıq olmayan müddətə verilir və hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan şəxslərə isə 3 ildən artıq olmayan müddətə verilir və hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.
Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Şəxs olduğu yeri dəyişdikdə, yeni ünvana gəldiyi vaxtdan 5 iş günü ərzində qeydiyyatdan keçməlidir. Əks təqdirdə onlara inzibati cərimə tətbiq ediləcəkdir.
Sən Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə ala bilərsən, əgər:
● Azərbaycan vətəndaşının yaxın qohumusansa;
● Azərbaycanın iqtisadiyyatına azı 500.000 manat investisiya qoymusansa;
● Azərbaycanda azı 100.000 manat dəyərində daşınmaz əmlakın və ya Azərbaycan banklarında həmin məbləğdə pul vəsaitin varsa;
● İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssissənsə;
● Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün dəvət edilmiş mütəxəssissənsə;
● Azərbaycanda müvəqqəti/daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvüsənsə;
● Xarici hüquqi şəxsin Azərbaycandakı filial və ya nümayəndəliyinin rəhbəri və ya onun müavini vəzifəsindəsənsə;
● Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və ya onun müavini vəzifəsindəsənsə;
● Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğulsansa;
● İnsan alverindən zərər çəkmiş şəxs hesab olunursansa;
● Cinayət təqibi orqanlarına yardım göstərirsənsə;
● Müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb olunmusansa;
● Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçu və mütəxəssissənsə;
● Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşısansa;
● Dənizçisənsə;
● Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim və mühazirəçisənsə;
● İncəsənət işçisi, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçi və idmançısansa;
● Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxssənsə.
● Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almısansa;
● Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, eləcə də texniki və ya ümumtəhsil müəssisələrində təhsil alırsansa;
● Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğulsansa;
● Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsasların mövcuddursa.
Müraciət etdiyiniz yerdə ödəniş barədə qəbzi təqdim etməklə icazə vəsiqənizi əldə edə bilərsiniz.
Yetkinlik yaşına çatmış şəxslər üçün |
|
On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
40 manat |
6 ayadək |
80 manat |
1 ilədək |
160 manat |
1 il 6 ayadək |
240 manat |
2 ilədək |
320 manat |
2 il 6 ayadək |
400 manat |
3 ilədək |
480 manat |
İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
30 manat |
6 ayadək |
60 manat |
1 ilədək |
120 manat |
1 il 6 ayadək |
180 manat |
2 ilədək |
240 manat |
2 il 6 ayadək |
300 manat |
3 ilədək |
360 manat |
Azyaşlılar üçün |
|
On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
25 manat |
6 ayadək |
50 manat |
1 ilədək |
100 manat |
1 il 6 ayadək |
150 manat |
2 ilədək |
200 manat |
2 il 6 ayadək |
250 manat |
3 ilədək |
300 manat |
İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
15 manat |
6 ayadək |
30 manat |
1 ilədək |
60 manat |
1 il 6 ayadək |
90 manat |
2 ilədək |
120 manat |
2 il 6 ayadək |
150 manat |
3 ilədək |
180 manat |
Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində |
|
On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
1 ilədək |
60 manat |
2 ilədək (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) |
120 manat |
İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
1 ilədək |
40 manat |
2 ilədək (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) |
80 manat |
İtirilmiş müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin yenidən verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənilir.
• ASAN Xidmət mərkəzləri vasitəsilə;
• Dövlət Miqrasiya Xidmətinin elektron xidmətləri vasitəsilə;
• MigAz mobil tətbiqi vasitəsilə
● Ərizə-anket;
● Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (etibarlılıq müddəti 3 aydan çox olmalıdır);
● Doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
● 3.5 x 4.5 ölçüdə 2 ədəd fotoşəkil;
● 14-18 yaşında uşaqların notariat qaydasında təsdiq edilmiş yazılı razılığı;
● Müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd;
● Şəxsin təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;
● Azərbaycanda müvəqqəti olma və ya yaşama hüququ verən sənədin surəti;
● iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;
● Yaşayış sahəsinə köçmək hüququ verən sənədin notariat qaydasında təsdiq olunmuş surəti və ya əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi;
● Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
● Dövlət rüsumunun ödənilməsi barədə sənəd (Rüsum icazə verildiyi təqdirdə ödənilir).