Dolma


Dolma sözünün mənşəyi türk dilindəki “dolmaq” (doldurmaq) sözüdür. Azərbaycan mətbəxində dolmanın bir çox növləri vardır. Müxtəlif meyvə və tərəvəzlərin düyü, ədvalar və qozla qarışdırılmış ətlə doldurulması nəticəsində onlarla fərqli dolma növü bişirmək olar. Sadəcə təsəvvür edin bütün bu dadların birlikdə yaratdığı harmoniya nə qədər fərqli və ləziz dadlar əmələ gətirə bilər… Məsələn, nazik üzüm yarpaqları ət farşı, düyü, ədəvalarla doldurulur və sarımsaqlı qatıqla bərabər təqdim edilir – beləcə yarpaq dolması bir çox azərbaycanlının əlamətdar günlərində süfrələri bəzəyir. Dolmanın hazırlanma və təqdim olunması Azərbaycan ənənəsi kimi YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer alır.

Şah plov


Plov Azərbaycan mətbəxinin əsas yeməklərindəndir. Əsasən toylarda və xüsusi tədbirlərdə süfrələrə verilən Şah Plov “Plovların şahı” sayılır və əsasən ət, şabalıd, quru meyvələr və s. daxil olan qovurma ilə təqdim olunur. Şah plov təkcə çox gözəl dad deyil, həm də unudulmaz bir təəssüratdır ki, aşpazlar onu xüsusi şəkildə təqdim edirlər. Üstünü örtən lavaşı kəsdikdən sonra plovun ağlı başdan alan ətri sizi də fəth edəcək.

Balva şorbası


Balva – Qarabağ bölgəsi göyərtiləri ilə hazırlanan şorbadır. Dadlı püreyə oxşar bu şorba tünd və qatı alça turşusu ilə təqdim olunur ki, bu da ona turşaşirin dad verir. Şorba öz adını Qafqazda çox yayılmış bir əməköməci bitkisinin Azərbaycan dilindəki digər adından almışdır. Balvaya başqa bitkilər də əlavə oluna bilər, amma əsasən əməköməci və yaz soğanları istifadə olunur.

Piti


Piti Şəkinin əsas yeməyidir. Baxmayaraq ki, bu quzu pörtləməsini bişirmək ilk baxışdan sadə görünür, Şəkidə yeyərkən pitinin xüsusi dadlı olur. Pitinin əsl dadını almaq üçün əsas məqam onun bişirildiyi saxsı qablardır. Piti quzu əti, zəfəran, şabalıd və yerli ədviyyatlardan hazırlanır. Bu milli mətbəx nümunəmizi dadmazdan əvvəl bu saxsı qabın içərisində olanları əzmək və qarışdırmaq lazımdır.

Düşbərə


Düşbərə daha çox Bakıda məhşur olan ənənəvi şorbadır. Adətə görə, hər bir Azərbaycan qadını nəinki düşbərənin necə hazırlandığını bilməli, həm də düşbərəni mümkün qədər xırda etməyi bacarmalıdır ki, bir xörək qaşığına on ədəd düşbərə yerləşsin. Bu yeməyin bişirilməsi çox vaxtaparan olması ilə yanaşı, həm də düşbərələri xırda etmək üçün təcrübə tələb edir. Soyuq qış günlərində düşbərə sizi isidəcək və çox gözəl dadı və təravəti ilə həm sizə, həm də qonaqlarınıza xoş anlar yaşadacaq.

Qutab


Qutab ölkəmizin, demək olar ki, hər bölgəsində bişirilir. Bununla belə, bişirmə üsulu və istifadə olunan ərzaqlar regiondan-regiona dəyişir. Qutabın forması yarım ayı simvolizə edir. Qutab xəmirini adətən ət, göyərtilər, pendir, balqabaq və s. məmulatlar ilə dolduraraq sac üzərində bişirirlər. Bəzən qutab qatıq və narla birlikdə verilir, bəzən isə üzərinə ərimiş yağ sürtülür və qatıqla birgə təqdim olunur. Qutabı həm də üzərinə sumaq səpib, dürmələyib əllə də yemək olar.

Ləvəngi


Lavangi is a tasty food of Azerbaijan consisting of chicken or fish stuffed with walnuts, raisins, onions, and other herbs.  Additional condiments that are sometimes used for filling include sour prune, cherry or pomegranate. The preferred fish to be used for this dish is usually carp but sturgeon is also an acceptable substitute!The most delicious lavangi are made in a tandir or tandoor, a cylindrical clay oven in which food is cooked on coals.

Kabablar


Kabab bayram süfrələrinin ayrılmaz təamıdır. Soğan, sirkə və nar şirəsi ilə basdırma edilmiş quzu əti tikələrini şişə keçirib manqalda bişirərək bayrama bayram qatmaq olar. Kababın bir çox növləri mövcuddur: bəziləri quzu və ya mal ətindən, bəziləri isə toyuq və ya balıqdan hazırlanır. Kartof, badımcan, yaşıl bibər, göbələk və pomidor kimi tərəvəzlərdən də istifadə olunur. Tikə kabab üçün adətən quzu ətindən istifadə olunur, ət bişirilməmişdən əvvəl basdırma edilir, daha sonra bir-bir şişə çəkilir. Lülə kabab üçün isə farş ətdən istifadə olunur və bu farş ət şişə halqavari yapışdırılır.

Paxlava


Süfrələrimizin ayrılmaz dadı olan paxlava qatlarının arası qoz və ya püstə ilə doldurulmuş və üzəri bal və ya şərbətlə örtülmüş milli şirniyyatımızdır. Ənənəyə görə, Novruz bayramında şəkərbura və şorqoğal ilə birgə xonçaları bəzəyən paxlavanı il boyu bişirmək olar. Paxlava xüsusi romb formasında olur ki, bu da alovu simvolizə edir (bu fiquru bir çox xalçaların üzərində də görə bilərik). Şəki və Qubaya səfər etsəniz, bu iki şəhərin məşhur paxlavalarından mütləq dadın.

Çay


Çay Azərbaycan mətbəxində xüsusi yerə malikdir və adətən qənd, limon, bal, mürəbbə və meyvə quruları ilə təqdim olunur. Çay mərasimlərinin milli adət-ənənələrimizdə dərin kökləri vardır – çayın təqdim olunmasının xüsusi qayda və qanunları vardır. Qədim ənənəyə görə, ev sahibi hər bir qonağına çay təklif etməlidir, hətta əgər o beş dəqiqəlik gəlibsə belə. Çay qonaqpərvərlik göstəricisidir və buna görə də adətə görə, heç bir qonaq ən azı bir stəkan çay içməmiş evi tərk edə bilməz. Azərbaycanda çayı xüsusi armudu şüşə stəkanlarda içirlər. Bu stəkanlar adını özünəməxsus formasına görə alıb və yerli ədiblərimizin diqqətini daim cəlb edib.

Dolma

Dolma

Şah plov

Şah plov

Balva şorbası

Balva şorbası

Piti

Piti

Düşbərə

Düşbərə

Qutab

Qutab

Ləvəngi

Ləvəngi

Kabablar

Kabablar

Paxlava

Paxlava

Çay

Çay