Bakı Azərbaycanın ən böyük şəhəri və paytaxtıdır. Ərazisi 2130 m2əhalisi 2.3 milyondur. Turistlər şəhəri kəşf etmək üçün ictimai avtobus, metro, taksi və kirayə maşın xidmətindən istifadə edə bilərlər.

BAKININ SƏRNİŞİN AVTOBUSLARI
BAKININ SƏRNİŞİN AVTOBUSLARI

BAKININ SƏRNİŞİN AVTOBUSLARI

Bakı şəhərinin inteqrə edilmiş ictimai avtobus sistemi Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən idarə olunur. BNA haqqında ətraflı məlumat üçün bura daxil olun. Bakı şəhərində ən çox istifadə olunan hərəkət vasitələrindən biri olan ictimai avtobuslar gündəlik olaraq səhər saat 06:00-dan axşam saat 00:00-dək fəaliyyət göstərir. Sərnişinlər avtobus və metrodan istifadə üçün BakıKart almalıdırlar. Hazırda, paytaxt ərazisində 150 marşrut xətti üzrə 2071 ədəd avtobus fəaliyyətdədir. BNA-nın tabeliyində olan “Bakubus”dan başqa, bəzi xətlər özəl şirkətlərə məxsusdur. Bakubus hazırda şəhər üzrə mövcud olan ən iri ictimai avtobus operatorudur. Bakubus-ın xətləri və xidmətləri barədə ətraflı məlumat üçün bura daxil olun.

HAVA LİMANI EKSPRESS AVTOBUSU
HAVA LİMANI EKSPRESS AVTOBUSU

HAVA LİMANI EKSPRESS AVTOBUSU

Bakubus tərəfindən idarə olunan hava limanı ekspress avtobusları hər 30 dəqiqədən bir olaraq birbaşa hava limanı transferi təqdim edir. Bu xidmət Heydər Əliyev Beynəlxalq Aeroportunu şəhərin əhəmiyyətli bir hissəsi olan 28 May Hub ilə birləşdirir ki, buradan da sərnişinlərin metroya və dəmiryolu vağzalına birbaşa çıxışı təmin olunur. Hava limanından şəhərin mərkəzinə olan səyahət minimum 35 dəqiqə davam edir. Hava limanı ekspress avtobusu ilə bir tərəfə gediş haqqı 1.30 AZN təşkil edir və BakıKART vasitəsilə ödənilir. BakıKART satış aparatları aeroportda xarici uçuş terminalının önündə yerləşir. Avtobusların hərəkət sxemi və digər faydalı məlumatlar üçün bura daxil olun.

BAKI METROSU
BAKI METROSU

BAKI METROSU

Yalnız paytaxt Bakıda 06:00-dan 00:00-a qədər fəaliyyət göstərən metro sistemi var. Stansiyalar və bütün qatarlar təmizliyi və təhlükəsizliyi ilə seçilir, qatarların vaxt intervalı iki - üç dəqiqədir. Bakı metrosunda iki xətt mövcuddur – İçərişəhər-Həzi Aslanov xətti, Xətai-Dərnəgül xətti. Bakı metrosundan istifadə üçün BakıKART alınmalıdır. Gediş haqqı 30 qəpik təşkil edir. Ətraflı məlumat üçün bura daxil olun.

TAKSİ
TAKSİ

TAKSİ

Taksi də alternativ variant kimi geniş yayılmışdır. Bakıda bir neçə lisenziyalı taksi şirkəti mövcuddur. Bunlardan ən məşhurları Bakı taksi şirkəti və 189 taksidir. UBER, BOLT və digər taksi tətbiqləri də mövcuddur.

Bakı KART-ı necə əldə edə bilərəm?

Bakı KART-ı necə əldə edə bilərəm?

BakıKART-ı “BakıKART” loqolu terminallarda əldə etmək mümkündür və bu terminallar bir çox avtobus dayanacaqlarında, həmçinin bütün metrostansiyalarda var. BakıKART-ın alınması və istifadə qaydası çox rahatdır. Vahid sistemdə 2 növ kartdan istifadə edilir: BakıKART (plastik kart) və BakıKart məhdud istifadə üçün (kağız kart). “BakıKART” plastik kart olub, daimi istifadə edənlər üçün daha əlverişlidir. Dəyəri 2 manat olan kartın yeni alınan zaman balansında gediş haqqı olmur. Buna görə də kartı əldə etdikdən sonra ona əlavə gediş haqları yüklənməlidir. “BakıKart məhdud istifadə üçün” isə kağız kart olub dəyəri 20 qəpikdir. Bu karta yalnız 1, 2, 3 və ya 4 gediş haqqı əlavə oluna bilər, terminallarda balansın artırılması mümkün deyil və və kartlar geri qaytarılmır. Kartların alınması olduqca sadə prosesdir və BakıKART loqolu terminallarda 10, 20, 50 qəpik dəyərində sikkələrdən, o cümlədən 1, 5, 10, 20, 50 və 100 AZN dəyərində əskinaslardan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, terminallar qalıq pulu geri qaytarmır. 5 yaşınadək uşaqlar üçün gediş haqqı pulsuzdur. BakıKART haqqında ətraflı məlumat üçün bura daxil olun.

Ödəniş

Ödəniş

Bakı şəhərində BNA və özəl şirkətlər tərəfindən idarə edilən avtobuslarda şəhərdaxili gediş haqqı eynidir – 30 qəpik. Lakin, mərkəzdən şəhərətrafı ərazilərə doğru hərəkət edən bəzi avtobuslar üçün məsafədən asılı olaraq bu qiymət dəyişə bilər. Bakubus avtobuslarında gediş haqqı yalnız BakıKART vasitəsilə ödənilir. Bəzi digər özəl şirkət avtobusları isə nağd ödəniş qəbul edir. BakıKART-ın üstünlüklərindən biri kartın istənilən qədər doldurula bilməsidir. Kartlar kiməsə məxsus olmur və istənilən qədər şəxs tərəfindən müvafiq balans olduğu təqdirdə istifadə oluna bilər. Həmçinin, bu kartlar məsafə fərqi olmadan metro üçün də istifadə oluna bilər.