Azərbaycan Hökuməti ölkədə biznes mühitinin inkişaf etdirilməsi ilə bağlı mütəmadi tədbirlər həyata keçirir. İqtisadi azalmanın yaşandığı bir neçə təlatümlü ildən sonra 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artım tempi 1,4%-ə çatmışdır. Neft hasilatının və neft ixracı ilə yanaşı, ölkədə kənd təsərrüfatı (4,6%), turizm (7,6%) və nəqliyyat (7,8%) sahələrində artım müşahidə olunur.
2018-ci ilin əvvəlindən etibarən Azərbaycanda inflyasiya əhəmiyyətli dərəcədə azalaraq 2,3%-ə enib. Bu, hökumətin düşünülmüş pul siyasəti, sabit valyuta məzənnəsi və yüksək neft qiymətləri ilə bağlıdır.
Son dövrlərdə Hökumətin islahatlar gündəliyinin əsasında institusional çərçivənin təkmilləşdirilməsi, təhsil sisteminin müasirləşdirilməsi və sosial xidmətlərin gücləndirilməsi ilə yanaşı, vergi, miqrasiya və gömrük tənzimləmələrinin daha da yaxşılaşdırılması durur.
Səmərəliliyin artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (dekabr 2017-ci il), Qida Təhlükəsizliyi Agentliyi (fevral 2017-ci il), Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (aprel 2016-cı il), eləcə də İpoteka və Kredit Zəmanət Fondu (dekabr 2017) kimi yeni qurumlar yaradılmışdır.
Bu səbəbdən, maneəsiz ticarətin timsalında gömrük prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması hər zamankından daha böyük önəm kəsb edir. Gömrük orqanlarının davamlı müasirləşdirilməsi və yenidən strukturlaşdırılması fonunda bu istiqamətdəki islahatlar intensiv xarakter alıb. Gömrük prosedurlarının rəqəmsallaşdırılması gömrük islahatlarının əsas istiqamətlərindən biridir. Elektron bəyannamə sistemi və öncədən (mal gəlməmişdən öncə) bəyannamə xidmətinin yaxşılaşdırılması istiqamətində əldə olunan irəliləyiş ölkədə fəaliyyət göstərən şirkətlər tərəfindən yüksək qiymətləndirilir.
Ətraflı məlumat üçün bura daxil olun.
Ölkə iqtisadiyyatına xarici investisiyaların qoyuluşunun artan önəmi fonunda etibarlı hüquq sisteminin yaradılması, məhkəmə qərarlarının şəffaflığının təminatı və onların vaxtında və düzgün icrası hər zamankından daha vacibdir.Bu baxımdan, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı Azərbaycanda ümumi biznes və investisiya mühitinin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. İslahatda nəzərdə tutulan vergi və gömrük məsələləri ilə bağlı işlər üzrə ixtisaslaşmış məhkəmənin təsis edilməsini, mediasiya təşkilatının yaradılmasını, eləcə də məhkəmə qərarlarının icrası üzrə alternativ mexanimzlərin təşviqini xüsusilə qeyd etmək lazımdır. Bu tədbirlər, eləcə də, hakimlərin sosial rifahının yaxşılaşdırılması və məhkəmə infrastrukturunun inkişaf etdirilməsi, biznes etimadını artırmaqla ölkədəki investisiya mühitinə töhfə verməkdədir.
Ətraflı məlumat üçün bura daxil olun
“INNOLAND” startap ekosisteminin yaradılmasını dəstəkləmək, eyni zamanda Azərbaycanda və beynəlxalq arenada özəl sektorun innovasiyasını və inkişafını təşviq etmək məqsədi ilə yaradılmış innovasiya mərkəzidir.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi 12 noyabr 2018-ci il tarixində fəaliyyətə başlayıb.
“INNOLAND” İnkubasiya mərkəzi, Akselerasiya mərkəzi, Kovörkinq və İT Təlim-Tədris Mərkəzindən ibarətdir.
Ətraflı məlumat üçün bura daxil olun.
Rəqəmsal dövrün nailiyyətləri misilsiz imkanlar yaradır və geniş rəqəmsal biznes modelləri və innovasiyalar ölkənin rəqabətədavamlılığını şərtləndirir. İKT sektoruna qoyulan dövlət investisiyasının artması ümidvericidir. Növbəti illərdə maliyyə resursları əsasən rəqəmsal ödəniş sistemlərinə və genişzolaqlı internet şəbəkələrinin genişləndirilməsinə yönəldiləcək.
Ətraflı məlumat üçün bura daxil olun.
“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi 14 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır.
“Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur.
Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir.
Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir.
Mərkəz tərəfindən elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.
“Elektron Hökumətin İnkişafı Mərkəzi” Elektron Hökumət Portalı, yeni eGov modelinin (myGov), ASAN Viza, ASAN Ödəniş, ASAN Finans, e-Agro və quruculuq işləri davam edən digər layihələrinin fəaliyyətini təmin edir.
Ətraflı məlumat üçün bura daxil olun.
Ölkə qanunvericiliyində özəl sektora və sahibkarlığa dəstəyin göstərilməsi məqsədilə stimullaşdırıcı tədbirlər və güzəştlər nəzərdə tutulmuşdur. Əsas məqsəd vergi ödəyicilərinin qanunlara riayət etməsinin təmin edilməsi və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasıdır.
Ətraflı məlumat üçün bura daxil olun.
Yerli dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən islahatlar əsasən məşğulluq üzrə elektron xidmətlərin, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “bir pəncərə” sistemi vasitəsilə sadələşdirilmiş və qeyri-məhdud şəkildə göstərilən xidmətlərin genişləndirilməsinə, sistemin potensialının, şəffaflığının və səmərəliliyinin artırılmasına yönəldilmişdir.
Əmək bazarında islahatların aparılması, sosial sistemin yaxşılaşdırılması və pensiyaların artırılması istiqamətində geniş spektrli iş aparılır. Sosial xidmətlərin əlçatanlığını sadələşdirən və şəffaflığı artıran e-sosial portalının yaradılması, eləcə də DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) layihəsinin hüquqi və institusional işlərinin gözləniləndən daha tez tamamlanması yüksək qiymətləndirilir. Bir pəncərə sisteminin tətbiq olunduğu agentlik Prezidentin 9 avqust 2018-ci il tarixli fərmanına əsasən yaradılmışdır və 2019-cu ilin may ayında Bakıda inzibati binanın açılışı baş tutmuşdur. 2025-ci ilədək DOST mərkəzlərinin regionlarda da istifadəyə verilməsi gözlənilir.
Yerli dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən islahatlar əsasən məşğulluq üzrə elektron xidmətlərin, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “bir pəncərə” sistemi vasitəsilə sadələşdirilmiş və qeyri-məhdud şəkildə göstərilən xidmətlərin genişləndirilməsinə, sistemin potensialının, şəffaflığının və səmərəliliyinin artırılmasına yönəldilmişdir.
Əmək bazarında islahatların aparılması, sosial sistemin yaxşılaşdırılması və pensiyaların artırılması istiqamətində geniş spektrli iş aparılır. Sosial xidmətlərin əlçatanlığını sadələşdirən və şəffaflığı artıran e-sosial portalının yaradılması, eləcə də DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) layihəsinin hüquqi və institusional işlərinin gözləniləndən daha tez tamamlanması yüksək qiymətləndirilir. Bir pəncərə sisteminin tətbiq olunduğu agentlik Prezidentin 9 avqust 2018-ci il tarixli fərmanına əsasən yaradılmışdır və 2019-cu ilin may ayında Bakıda inzibati binanın açılışı baş tutmuşdur. 2025-ci ilədək DOST mərkəzlərinin regionlarda da istifadəyə verilməsi gözlənilir.
“ASAN xidmət” mərkəzləri 13 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. “ASAN xidmət”in yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsində yeni yanaşmanın formalaşdırılmasıdır.
"ASAN xidmət" mərkəzi “bir pəncərə” formatına uyğun müxtəlif dövlət orqanlarının nümayəndələrinin birgə xidmət göstərdiyi vahid məkandır. Bu format vətəndaşlarımızın fərdi xərclərinin azalmasına, zaman itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların şəxsi rahatlığının təmin edilməsinə imkan verir. Mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir.
Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri saat 09:00-dan 17:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.
Ətraflı məlumat üçün bura daxil olun.
Xarici investisiyaların ənənəvi olaraq dominant rol oynayan neft və qaz sənayesindən qeyri-neft sektoruna yönəldilməsi məqsədilə hökumət indiyədək yolların və dəmiryol şəbəkələrinin, dəniz limanlarının və elektrik enerjisi stansiyalarının bərpası və müasirləşdirilməsinə sərmayələr yatırıb. Sərmayələrin əksəriyyəti Azərbaycanı cəlbedici tranzit və ticarət mərkəzinə çevirmək məqsədilə ölkənin şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizləri boyu uzanan yol və dəmiryolu marşrutlarının genişləndirilməsinə yönəlib. Azərbaycan regionda ən müasir nəqliyyat sisteminə malik ölkə olaraq qalmaqdadır. Ölkədə 6 beynəlxalq hava limanı, həmçinin yenicə istifadəyə verilmiş dəniz ticarət limanı fəaliyyət göstərir.
2019-cu ildən dəmiryol nəqliyyatı, turizm, rəqəmsallaşma və kənd təsərrüfatı infrastrukturunun yenilənməsi üzrə dövlət xərclərinin artırılması planlaşdırılır. Bu tədbirlərin yeni iqtisadi impuls yaradacağı gözlənilir.
Ətraflı məlumat üçün bura daxil olun.
Ölkənin miqrasiya siyasətinin reytinqinin davamlı olaraq yaxşılaşması Azərbaycanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün cəlbedici bir məkana çevirmişdir. Miqrasiya sahəsində dövlət siyasətini zamanın nəbzinə uyğun həyata keçirən Dövlət Miqrasiya Xidməti ölkəmizə səfər edən əcnəbilərin rahatlığının təmin olunması və hüquqlarının qorunması, eyni zamanda ölkə qanunvericiliyinin tələblərinə riayət olunması istiqamətində müvafiq addımlar atır, geniş maarifləndirmə tədbirləri həyata keçirir.
İş icazələrinin alınması prosedurlarının asanlaşdırılması və şirkətlərlə dəqiq məlumat mübadiləsinin təmin edilməsi məqsədilə elektron xidmətlərin optimallaşdırılması burada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən yüksək qiymətləndirilir. Bununla yanaşı, iş icazələrinin alınması zamanı yaranan mübahisələrin operativ həlli üçün birbaşa Xidmətin rəhbərinə müraciət etmək imkanı verən Qaynar xətt yaradılmışdır. Mütəmadi olaraq biznes mühitinin iştirakçıları arasında sorğular keçirilir, biznes forumları təşkil olunur, təklifləri alınır və həyata keçirilməsi istiqamətində tədbirlər görülür. Bunlarla yanaşı, Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra xidmətlər elektronlaşdırılmış, daha rahat müraciət üçün MigAz mobil tətbiqi yaradılmış və özəl sektorla strukturlaşdırılmış dialoq qurulmuşdur.
Ətraflı məlumat üçün bura daxil olun.