Aşağıda sadalanan məlumatlarda dövriyyəsi xüsusi icazə tələb edən və ya məhdudlaşdırılan malların daşıyıcısısınızsa, bu barədə əvvəlcədən gömrük orqanlarının vəzifəli şəxslərinə məlumat verməyi unutmayın. Əks halda, nəzərinizə çatdırırıq ki, bəyan olunması zəruri olan malları bəyan etməməyə və ya saxta, qeyri-dəqiq və tam olmayan məlumatlara görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqsınız.

BAŞLIQ

Nəqliyyat vasitələrinin idxalı

Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin müvafiq təsdiqedici sənədlə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 90 (doxsan) gün müddətinədək gömrük ərazisinə gətirilməsinə icazə verilir. Bu müddətin uzadılmasına isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmamaq şərtilə şəxsin vizasında və ya Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində göstərilən müddətə icazə verilir.

Ətraflı məlumat üçün bura daxil olun.

Yaşıl Dəhliz buraxılış sistemi

1 fevral 2019-cu il tarixdən tətbiq edilən "Yaşıl Dəhliz" buraxılış sisteminin əsas məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, eləcə də məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirməkdən ibarətdir.