Hökumət hazırda bərpa olunan enerji və su təchizatı layihələrinə, o cümlədən elektrik enerjisinin istehsalı və paylanılması sahəsinə özəl sektorun cəlb edilməsi imkanlarını araşdırır. İnfrastrukturun müasirləşdirilməsi və kənd təsərrüfatı, eləcə də turizm sektorlarının ikişafı üzrə konsepsiyanın hazırlanması ilə yanaşı, özəl sektorun daha fəal iştirakını təşviq etmək məqsədilə bir sıra təşəbbüslər, o cümlədən xüsusi iqtisadi zonaların və sənaye parklarının yaradılması təklifi irəli sürülmüşdür.
Azərbaycan Respublikasının Mərkəzi Bankının verdiyi məlumata əsasən, 2018-ci ildə Azərbaycan iqtisadiyyatına 4,1 milyard dollar məbləğ dəyərində birbaşa xarici investisiya qoyulmuşdur.
Azərbaycan rəqiblərindən daha üstün olmaq və eləcə də, iqtisadiyyatın uzunmüddətli dayanaqlılığını təmin etmək üçün səmərəliliyi və rəqabətədavamlılığı artırmaqda davam edir. Ölkəyə xarici şirkətlərin və investorların cəlb edilməsi məqsədilə biznes icması ilə yaxından əməkdaşlıq edilir.