HÜQUQİ TƏSİSAT YARATMAQ

HÜQUQİ TƏSİSAT YARATMAQ

Şirkət Azərbaycanda dövlət qeydiyyatından keçdikdən sonra fəaliyyətə başlaya bilər. Kommersiya təsisatlarının qeydiyyatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2 iş günü ərzində aparılır. Yerli investisiya qoyan Məhdud Məsuliyyətli Cəmiyyətlər onlayn qaydada qeydiyyatdan keçə bilər. Azərbaycanda hüquqi təsisat yaratmağın müxtəlif formaları var və əcnəbilər tərəfindən yaradılan təsisatlar üçün hər hansı xüsusi qayda müəyyənləşdirilməmişdir. Xarici investor məhdud təsisat (nümayəndəlik və ya filial) da yarada bilər, tam səlahiyyətli şirkət də. Xarici təsisatların ölkədəki payı ilə bağlı da hər hansı məhdudiyyət müəyyənləşdirilməmişdir. Bəzi lisenziya fəaliyyətləri istisna olmaqla, startup üçün dövlət qeydiyyatından başqa hər hansı icazələrin alınması tələb olunmur. Azərbaycan qanunvericiliyi aşağıdakı kommersiya hüquqi şəxslərini tanıyır:
• Ümumi Tərəfdaşlıq (ÜT)
• Məhdud Tərəfdaşlıq (MT)
• Məhdud Məsuliyyətli Cəmiyyət (MMC)
• Əlavə Məsuliyyətli Cəmiyyət (ƏMC)
• Səhmdar Cəmiyyəti (Açıq və ya Qapalı SC)
• Kooperativlər