TORPAQ VƏ MÜLK ƏLDƏ ETMƏK

TORPAQ VƏ MÜLK ƏLDƏ ETMƏK

Azərbaycan keçmiş SSRİ dövlətləri arasında vətəndaşlarına torpağı xüsusi mülkiyyətə keçirmək, satmaq və ya başqasının adına keçirmək hüququ verən ilk respublika olmuşdur. Azərbaycan qanunvericiliyi “daşınmaz əmlak” adlandırılan torpağa sahiblənmək, onu icarəyə vermək və istifadə etmək hüququ verir. Daşınmaz əmlakın dövlət qeydiyyatı 10 iş günündən çox olmayan müddətə həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda torpaq sahibi ola bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini məcburi satın alır. Ətraflı məlumat üçün bura daxil olun.