BUNLARI BİLMƏLİSİNİZ

BUNLARI BİLMƏLİSİNİZ

• Azərbaycanda əmək münasibətləri Əmək Məcəlləsi və müvafiq qanunvericiliklə tənzimlənir;
• Əmək münasibətləri imzalanmış əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron məlumat bazasına yükləndikdən sonra qüvvəyə minmiş sayılır;
• Əmək haqları Azərbaycan manatı ilə ödənilir;
• İşə qəbul zamanı 3 aylıq sınaq müddəti tətbiq edilir;
• Qadınlara analıq məzuniyyəti üçün doğumdan 70 gün öncə və 56 gün sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən müavinət ödənilir;
• Hər ay işçilərin maaşından gəlir vergisi tutularaq dövlət büdcəsinə ödənilir;
• İş həftəsi 40 saat təşkil edir, şənbə və bazar qeyri-iş günləridir;
• Ölkədə rəsmi olaraq 19 qeyri-iş günü var;
• Xəstəlik səbəbindən işə gəlmədikdə işçilərə Dövlət Sosial Müdafiə Fondu tərəfindən müavinət ödənilir;
• Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər bunun üçün işəgötürən vasitəsilə Dövlət Miqrasiya Xidmətindən iş icazəsi və müvəqqəti yaşama icazəsi almalıdırlar; 
• Müəyyən kateqoriyaya aid əcnəbilər iş icazəsi almaqdan azaddırlar;
• Azərbaycanın Rusiya, Ukrayna, Gürcüstan, Moldova, Belarus, Qırğız, Qazaxıstan, Tacikistan, Özbəkistan ilə azad ticarət sazişləri mövcuddur;
• Mübahisəli məsələlərin həlli üçün 3 instansiyalı məhkəmə sistemi mövcuddur.