İNVESTİSİYA ÜÇÜN ƏLVERİŞLİ MƏKAN

İNVESTİSİYA ÜÇÜN ƏLVERİŞLİ MƏKAN

Bugün Azərbaycan digər ölkələrdən olan investorları cəlb etmək üçün dünya ölkələri ilə rəqabət aparır. Bu sahədə rəqiblərini geridə qoymaq üçün Azərbaycan investisiya ilə bağlı rəqabətə davamlı təşviqlər və geniş spektrli uzunmüddətli biznes imkanları təklif etməkdədir. 2019-cu ilin Aİ-nin Azərbaycana dair biznes mühiti hesabatına görə aparılmış sorğular nəticəsində Aİ şirkətlərinin 75%-i Azərbaycana yenidən investisiya qoya biləcəklərini qeyd etmişlər. Bu da ölkədə biznes mühiti üçün yaradılmış əlverişli şəraitin, investisiya dinamikasının stabilliyinin və ümumilikdə, iqtisadi sabitliyin göstəricisidir.