Siyasi və iqtisadi sabitlik

Son dövrlərdə tətbiq edilmiş islahatlar nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən və müasirləşən dövlətlərindən birinə çevrilmiş, o cümlədən bir sıra beynəlxalq reytinqlərdə öz göstəricilərini yaxşılaşdırmağa müvəffəq olmuşdur. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan müxtəlif göstəricilərə əsasən öz mövqeyini irəlilədən 10 ölkə sırasına daxil olmuş, həmçinin “Biznesə başlamanın rahatlığı” indikatoru üzrə 190 ölkə sırasında 25-ci yerə yüksəlmişdir.

Siyasi və iqtisadi sabitlik
title az

2019-cu ildən Azərbaycanın biznes mühitinin siyasi və sosial sabitlik, əmək qanunvericiliyi və miqrasiya siyasətləri, eləcə də gömrük rəsmiləşdirməsi prosedurları və əməyin dəyəri kimi biznes aspektlərində əhəmiyyətli nikbinlik müşahidə olunur. Ölkədə mövcud iqtisadi sabitliyə baxmayaraq, Hökumət milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsini, dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyanı, eləcə də dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməyi prioritet olaraq müəyyən etmişdir.