Sən Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə ala bilərsən, əgər:
● Azərbaycan vətəndaşının yaxın qohumusansa;
● Azərbaycanın iqtisadiyyatına azı 500.000 manat investisiya qoymusansa;
● Azərbaycanda azı 100.000 manat dəyərində daşınmaz əmlakın və ya Azərbaycan banklarında həmin məbləğdə pul vəsaitin varsa;
● İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssissənsə;
● Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün dəvət edilmiş mütəxəssissənsə;
● Azərbaycanda müvəqqəti/daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvüsənsə;
● Xarici hüquqi şəxsin Azərbaycandakı filial və ya nümayəndəliyinin rəhbəri və ya onun müavini vəzifəsindəsənsə;
● Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və ya onun müavini vəzifəsindəsənsə;
● Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğulsansa;
● İnsan alverindən zərər çəkmiş şəxs hesab olunursansa;
● Cinayət təqibi orqanlarına yardım göstərirsənsə;
● Müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb olunmusansa;
● Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçu və mütəxəssissənsə;
● Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşısansa;
● Dənizçisənsə;
● Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim və mühazirəçisənsə;
● İncəsənət işçisi, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçi və idmançısansa;
● Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxssənsə.
● Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almısansa;
● Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, eləcə də texniki və ya ümumtəhsil müəssisələrində təhsil alırsansa;
● Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğulsansa;
● Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsasların mövcuddursa.