18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. İş icazəsi əsasında əcnəbi müvəqqəti yaşama icazəsi üçün müraciət etməlidir.
● Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlar;
● Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar;
● Diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlər;
● Beynəlxalq təşkilatlarda işləyənlər;
● Beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərləri və onların müavinləri;
● Müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlər;
● Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlar;
● Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislər;
● Dənizçilər;
● Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyəti və mühazirəçilər;
● İncəsənət işçilərinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilər və idmançılar;
● Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlar;
● Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinləri;
● Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
● Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;
● Qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslər;
● Himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olanlar;
● Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslər;
● Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçular və mütəxəssislər;
● Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşları;
● İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslər;
İş icazəsi 1 il müddətinədək verilir və hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. Bunun üçün işəgötürən icazənin müddətinin bitməsinə azı 30 gün qalmış ASAN Xidmət mərkəzlərinə müraciət etməlidir.
İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin alınmasına görə dövlət rüsumu ödənilmədikdə, habelə əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə verilmədikdə iş icazəsi ləğv edilir.
● Mədənçıxarma sənayesi
● Emal sənayesi
● Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat
● İnformasiya və rabitə
● Maliyyə və sığorta
● Təhsil
● Nəqliyyat
● Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi
Dövlət rüsumu işəgötürən tərəfindən ödənilir.
Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləği |
|
On iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
700 manat |
6 ayadək |
900 manat |
1 ilədək |
1400 manat |
On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
500 manat |
6 ayadək |
700 manat |
1 ilədək |
1200 manat |
İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda |
|
3 ayadək |
350 manat |
6 ayadək |
600 manat |
1 ilədək |
1000 manat |