Kimlər Azərbaycanda işləyə bilər?

 

İş icazəsindən azad olunan şəxslər

 

İcazənin etibarlılıq müddəti

 

İş icazəsi 1 il müddətinədək verilir və hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. Bunun üçün işəgötürən icazənin müddətinin bitməsinə azı 30 gün qalmış ASAN Xidmət mərkəzlərinə müraciət etməlidir.


İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin alınmasına görə dövlət rüsumu ödənilmədikdə, habelə əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə verilmədikdə iş icazəsi ləğv edilir.

90 gündən çox olmayan müddətə iş icazəsi almadan həyata keçirilə bilən fəaliyyət sahələri

 

● Mədənçıxarma sənayesi
● Emal sənayesi
● Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat
● İnformasiya və rabitə
● Maliyyə və sığorta
● Təhsil
● Nəqliyyat
● Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi

Dövlət rüsumu

 

 Dövlət rüsumu işəgötürən tərəfindən ödənilir.

Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün

iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə

dövlət rüsumunun məbləği

On iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək

700 manat

6 ayadək

900 manat

1 ilədək

1400 manat

On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək

500 manat

6 ayadək

700 manat

1 ilədək

1200 manat

İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

3 ayadək

350 manat

6 ayadək

600 manat

1 ilədək

1000 manat