Qəbul

Qəbul

Bərpa

Bərpa

Xitam

Xitam

Azərbaycan Respublikasının ərazisində son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün müraciət edə bilər.

Bunun üçün həmin şəxs:

Qanuni gəlir mənbəyinə malik olmalı;
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edəcəyi barədə öhdəlik götürməli;
Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim etməlidir.

Ətraflı məlumat üçün bura daxil olun

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, müəyyən məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.

Ətraflı məlumat üçün bura daxil olun

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam imzalanır.

Ətraflı məlumat üçün bura daxil olun.